Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) qılıncoynatma yarışları davam edir.
Arena.az xəbər verir ki, Azərbaycan qılıncoynadanı Anna Başta da Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan start verib. Baştanın ilk rəqibi Çin idmançısı Yanq Henqyu olub. Azərbaycan təmsilçisi bu görüşdə 15:9 hesabı ilə qalib gəlib.
Anna Başta 1/8 finalda Olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) görüşəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.
Qeyd edək ki, qadın sablyaçıların mübarizəsi bu gün yekunlaşacaq.
Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


