Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) badminton yarışları davam edir.
Arena.az xəbər verir ki, bu gün Azərbaycanı bu idman növündə təmsil edən Edi Reski Dviçayo da ilk sınağına çıxıb.
O, qrup mərhələsindəki ilk görüşündə Avstriya idmançısı Kollins-Valentin Filimonla qarşılaşıb. Dviçayo hər iki seti qələbə ilə başa vurub.
Badmintonçumuz növbəti görüşünü Danimarka təmsilçisi Anders Antonsenə (Danimarka)qarşı keçirəcək.
Qeyd edək ki, Edinin yer aldığı E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.
Badminton, kişilərin fərdi yarışı
E qrupu
29 iyul
Edi Reski Dviçayo – Kollins-Valentin Filimon (Avstriya) – 2:0 (21:18, 21:11)
Daha öncə qadınların fərdi yarışında çıxış edən Keişa Fatimə Zərha qrup mərhələsində keçirdiyi hər iki görüşü məğlubiyyətlə başa vurmuş və Olimpiada ilə erkən vidalaşmışdı.
Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.