Paris-2024: Keişa Fatimə Zəhra mübarizəni dayandırdı

Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) badminton yarışları davam edir.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Keişa Fatimə Zəhra bu gün ikinci sınağına çıxıb.

Qadınların fərdi yarışında çıxış edən idmançımız qrup mərhələsinin 2-ci turu çərçivəsində böyük britaniyalı Kirsti Gilmorla üz-üzə gəlib. Badmintonçumuz hər iki qeymdə uduzub. İlk turda da məğlub olan Keişa Olimpiadada çıxışını yekunlaşdırıb.

Xatırladaq ki, N qrupunda yer alan badmintonçumuz 1-ci turda çinli Bing Jiao He ilə qarşılaşmışdı və ona da hər iki qeymdə məğlub olmuşdu.

Azərbaycan badmintonçusu Olimpiadadakı çıxışını belə şərh edib: “Yaxşı oynamadım, amma pis də çıxış etmədim. Bəli, görüşdə səhv buraxdım. Amma Olimpiadada çıxış etdiyim üçün özümlə fəxr edirəm. Bu mənim ilk Oyunlarım idi. Məni həmişə dəstəklədikləri üçün federasiyaya, məşqçimə və ailəmə təşəkkür edirəm. Qalib, ya məğlub olmağıma baxmayaraq”.

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçular növbəti raunda adlayacaqlar.

Badminton, qadınlar
N qrupu
29 iyul

Kirsti Gilmor (Böyük Britaniya) – Keişa Fatimə Zəhra – 2:0 (21:13, 21:11)

Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.