“Pendikspor” portuqal baş məşqçiyə tapşırıldı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Pendikspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, bir müddət öncə Osman Özköylünü istefaya göndərmiş elita təmsilçisi İvo Vieyraya tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyadan olan 47 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Çempionatda qələbəyə həsrət üç komandadan (digərləri “İstanbulspor”la “Samsunspor”dur) biri olan “Pendikspor” uğursuz gedişata son qoya bilmir. Sözügedən komandanın yeni baş məşqçi ilə nəyə nail olacağını zaman göstərəcək.

Xatırladaq ki, Osman Özköylü 2021-ci ilin oktyabr ayından “Pendikspor”a rəhbərlik edirdi. Komandanı Super Liqaya da bu il məhz Özköylü çıxarmışdı. Amma bu tarixi uğura rəğmən, rəhbərlik elitadakı uğursuzluğu ona bağışlamayıb. “Pendikspor” Özköylünün rəhbərliyi altında bütövlükdə 70 oyun keçirib. Bu oyunlardan 34-ü qələbə, 19-u heç-heçə ilə bitibi. 17 görüşdə isə məğlubiyyət qeydə alınıb.

“Pendikspor” bu mövsüm Super Liqada 8 oyun keçirib ki, onlardan 4-ü heç-heçə, 4-ü də məğlubiyyətlə yekunlaşıb. Komanda 4 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: