PFL bu iki Liqanın başlama tarixini açıqladı

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa klublarının əvəzediciləri arasındakı çempionat və Birinci Divizionla bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Birinci Divizion bundan sonra Birinci Liqa adlanacaq. Premyer Liqa klublarının əvəzedicilərindən ibarət komandalar arasındakı çempionat isə Əvəzedicilərin çempionatı adlanacaq.

Həmçinin bu yarışlardakı oyunçu limitləri də bəlli olub. Birinci Liqa 13 sentyabrda start götürəcək. Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq.

Əvəzedicilərin çempionatı Premyer Liqanın startından 1 gün sonra – 5 avqustda başlayacaq. Burada limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü, 4 futbolçu sərbəst) olacaq. Buradakı 4 sərbəst futbolçunun legioner də olması mümkündür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: