Britaniyanın “LondonWorld” nəşri son üç mövsümün açıq hesabatı əsasında Premyer Liqa klublarının maliyyə səmərəliliyi siyahısını dərc edib.
Arena.az məlumat verir ki, İngiltərə Premyer Liqasındakı 20 komandadan 15-i bu müddətdə ziyana uğrayıb.
İngiltərə Premyer Liqasında ən çox ziyana uğramış klub bir müddət əvvəl maliyyə pozuntularına görə Premyer Liqanın turnir cədvəlində 10 xalından məhrum edilmiş “Everton” olub, “irislər” 500 milyon funt-sterlinqdən çox ziyana uğrayıblar. Ziyana uğramış klubların ilk üçlüyünə “Çelsi” və “Aston Villa” daxildir. Hazırda İngiltərə və dünya futbolunda ən öncül sırada qərarlaşmış futbol klubu “Mançester Siti” isə ziyana uğramış klubların siyahısında 15-ci pillədə qərarlaşıb. “Şəhərlilər” bu müddəti çox cüzi zərərlə başa vurublar – 0,5 milyon funt-sterlinq.
Premyer Liqada son üç ildə maliyyə səmərəliliyi baxımından ziyana uğramış klubları təqdim edirik:
- “Everton” (520,4 milyon funt-sterlinq);
- “Çelsi” (409 milyon funt-sterlinq);
- “Aston Villa” (306,6 milyon funt-sterlinq);
- “Mançester Yunayted” (302,3 milyon funt-sterlinq);
- “Fulhem” (197,5 milyon funt-sterlinq);
- “Brayton” (160,4 milyon funt-sterlinq);
- “Kristal Pelas” (157,9 milyon funt-sterlinq);
- “Vulverhempton” (152,2 milyon funt-sterlinq);
- “Arsenal” (115,4 milyon funt-sterlinq);
- “Bornmut” (98,6 milyon funt-sterlinq);
- “Nottingem Forest” (77 milyon funt-sterlinq);
- “Brentford” (38,4 milyon funt-sterlinq);
- “Nyukasl” (19,3 milyon funt-sterlinq);
- “Luton Taun” (4,8 milyon funt-sterlinq);
- “Mançester Siti” (0,5 milyon funt-sterlinq).
Xatırladaq ki, Premyer Liqanın 5 klubu – “Liverpul”, “Şeffild Yunayted”, “Börnli”, “Vest Hem” və “Tottenhem” son üç ildə gəlirləri xərclərini üstələməklə, mənfəət əldə edə bilmiş klublardır.


