Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 16-cı turunun oyunlarına hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Tura bu gün keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçı ilə start veriləcək. Bu qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.
“Qəbələ” – “Kəpəz” matçına İnqilab Məmmədov, “Zirə” – “Araz-Naxçıvan” oyununa isə Rəşad Əhmədov təyinat alıb.
“Sabah”la “Səbail”in oyununda Elçin Məsiyev söz sahibi olacaq. “Neftçi” – “Turan Tovuz” matçı isə FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
Premyer Liqa
16-cı tur
8 dekabr
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
VAR: Rauf Cabarov.
AVAR: Cavid Cəlilov.
“Sumqayıt Arena”, 19:30.
9 dekabr
“Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qəbələ şəhər stadionu, 15:00.
“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.
10 dekabr
“Sabah” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”, 15:00.
“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”, 18:00.


