Premyer Liqa: “Aston Villa”dan darmadağın

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turunun daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün yeganə oyunu “Aston Villa” ilə “Vest Hem” arasında baş tutub.

Beş qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər.

Tura sabah keçiriləcək “Tottenhem” – “Fulhem” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
9-cu tur
21 oktyabr

Liverpul – Everton 2:0
Qollar: Salah, 75-pen; 90+7.

Bornmut – Vulverhempton 1:2
Qollar: Solanke, 17 – Kunya, 47. Kalaydziç, 88.

Brentford – Börnli 3:0
Qollar: Vissa, 25. Mbeumo, 62. Qoddos, 87.

Mançester Siti – Brayton 2:1
Qollar: X.Alvares, 7. Haland, 19 – Fati, 73.

Nyukasl – Kristal Pelas 4:0
Qollar: Mörfi, 4. Qordon, 44. Lonqstaff, 45+2. K.Uilson, 66.

Nottingem Forest – Luton Taun 2:2
Qollar: Vud, 48; 76 – Oqbene, 83. Adebayo, 90+2.

Çelsi – Arsenal 2:2
Qollar: Palmer, 15-pen. Mudrik, 48 – Rays, 77. Trossard, 84.

Şeffild Yunayted – Mançester Yunayted 1:2
Qollar: Makbörni, 34-pen – Maktominey, 28. Dalo, 77.

22 oktyabr

Aston Villa – Vest Hem 4:1
Qollar: D.Luis, 30; 51. Uotkins, 74. Beyli, 89 – Bouen, 56.

23 oktyabr

23:00. Tottenhem – Fulhem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: