Premyer Liqa: “Aston Villa”dan “Şeffild Yunayted”lə heç-heçə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.

Bu dəfə “Aston Villa” doğma meydanda “Şeffild Yunayted”lə üz-üzə gəlib. Komandalar matçın son dəqiqələrində hərəyə bir qol vursalar da, qalibi müəyyənləşdirə bilməyiblər.

Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək. Bu turun “Mançester Siti” – “Brentford” qarşılaşması isə “şəhərlilər”in FİFA Klub Dünya Kubokundakı iştirakı ilə əlaqədar təxirə salınıb.

İngiltərə, Premyer Liqa
18-ci tur
21 dekabr

Kristal Pelas – Brayton 1:1
Qollar: Ayyu, 45+1 – Uelbek, 82.

22 dekabr

Aston Villa – Şeffild Yunayted 1:1
Qollar: Zaniolo, 90+8 – Arçer, 87.

23 dekabr

16:30. Vest Hem – Mançester Yunayted
19:00. Fulhem – Börnli
19:00. Luton Taun – Nyukasl
19:00. Nottingem Forest – Bornmut
19:00. Tottenhem – Everton
21:30. Liverpul – Arsenal

24 dekabr

17:00. Vulverhempton – Çelsi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: