Premyer Liqa: “Börnli” ilk xalını səfərdə qazandı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Nottingem Forest” doğma meydanda “Börnli” ilə üz-üzə gəlib. Əvvəlki oyunlarının hamısından məğlub ayrılmış “Börnli” bu oyundakı heç-heçə sayəsində cari mövsümdə ilk xalını qazanıb.

Beləliklə, 5 turdan sonra itkisiz irəliləyən “Mançester Siti” 15 xalla vahid liderdir. “Tottenhem”, “Liverpul” və “Arsenal” 13, “Brayton” 12, “Vest Hem” 10, “Aston Villa” 9, “Nottingem Forest”, “Kristal Pelas” və “Fulhem” 7 xal toplayıb. “Brentford”, “Nyukasl” və “Mançester Yunayted”in 6, “Çelsi”nin isə 5 xalı var.

İngiltərə, Premyer Liqa
5-ci tur
16 sentyabr

Vulverhempton – Liverpul 1:3
Qollar: Hvanq, 7 – Qakpo, 55. Robertson, 85. Bueno, 90+1-öz qapısına.

Aston Villa – Kristal Pelas 3:0
Qollar: Duran, 87. D.Luis, 90+8-pen. Beyli, 90+11.

Fulhem – Luton Taun 1:0
Qol: K.Vinisius, 65.

Mançester Yunayted – Brayton 1:3
Qollar: Meybri, 73 – Uelbek, 20. Qross, 53. J.Pedro, 71.

Tottenhem – Şeffild Yunayted 2:1
Qollar: Riçarlison, 90+8. Kuluşevski, 90+10 – Hamer, 73.

Vest Hem – Mançester Siti 1:3
Qollar: Uord-Prouz, 36 – Doku, 46. B.Silva, 76. Haland, 86.

Nyukasl – Brentford 1:0
Qol: K.Uilson, 64-pen.

17 sentyabr

Bornmut – Çelsi 0:0

Everton – Arsenal 0:1
Qol: Trossard, 69.

18 sentyabr

Nottingem Forest – Börnli 1:1
Qollar: Hadson-Odoi, 62 – Amduni, 41.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: