Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Çelsi” doğma meydanda “Brentford”a 2 cavabsız qolla uduzub.
Üç qolun qeydə alındığı “Bornmut” – “Börnli” matçında meydan sahibləri çətin qələbəyə seviniblər.
“Arsenal” isə “Şeffild Yunayted”lə ev oyununda 5 cavabsız qola sevinib.
Dörd qolun vurulduğu “Vulverhempton” – “Nyukasl” matçı da bərabərliklə yekunlaşıb.
Turun qalan beş oyunu bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
10-cu tur
27 oktyabr
Kristal Pelas – Tottenhem 1:2
Qollar: Ayyu, 90+4 – Uord, 53-öz qapısına. Son, 66.
28 oktyabr
Çelsi – Brentford 0:2
Qollar: Pinnok, 58. Mbeumo, 90+6.
Arsenal – Şeffild Yunayted 5:0
Qollar: Nketia, 28; 50; 58. Vieyra, 88-pen. Tomiyasu, 90+6.
Bornmut – Börnli 2:1
Qollar: Semenyo, 22. Billinq, 76 – Teylor, 11.
Vulverhempton – Nyukasl 2:2
Qollar: Lemina, 36. Hvan, 71 – Uilson, 22; 45+4-pen.
29 oktyabr
17:00. Vest Hem – Everton
18:00. Aston Villa – Luton Taun
18:00. Brayton – Fulhem
18:00. Liverpul – Nottingem Forest
19:30. Mançester Yunayted – Mançester Siti


