Premyer Liqa: “Çelsi” uduzdu, “Liverpul”la MS heç-heçəyə razılaşdı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

Turun açılış matçında son çempion “Mançester Siti” çempionluğa digər namizəd “Liverpul”la qarşılaşıb. Mərkəz oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Börnli” evdə “Vest Hem”ə, “Nottingem Forest” “Brayton”a, “Şeffild Yunayted” də “Bornmut”a məğlub olub.

Səfərdə “Brentford”la qarşılaşan “Arsenal” da turu qələbə ilə başa vurub.

Mövsümün debütantı “Luton Taun” bu turda “Kristal Pelas” üzərində qələbəyə sevinib.

“Nyukasl”ın qonağı olan “Çelsi” isə bu dəfə məğlubiyyətə üzülüb. Transferlərə 100 milyonlar xərcləmiş London klubu səfərdə 4 qol buraxıb.

İngiltərə, Premyer Liqa
13-cü tur
25 noyabr

Mançester Siti – Liverpul 1:1
Qollar: Haland, 27 – Aleksandr-Arnold, 80.

Börnli – Vest Hem 1:2
Qollar: Rodriqes, 49-pen – O`Şi, 86-öz qapısına. Souçek, 90+1.

Luton Taun – Kristal Pelas 2:1
Qollar: Menqi, 72. Braun, 83 – Olise, 73.

Nyukasl – Çelsi 4:1
Qollar: İsak, 13. Laskelles, 60. Joelinton, 61. Qordon, 83 – Sterlinq, 23.

Nottingem Forest – Brayton 2:3
Qollar: Elanqa, 3. Gibbs-Uayt, 76 – E.Ferquson, 26. J.Pedro, 45+4; 58-pen.

Şeffild Yunayted – Bornmut 1:3
Qollar: Makbörni, 90+7 – Tavernye, 12; 51. Kluyvert, 45+3.

Brentford – Arsenal 0:1
Qollar: Haverts, 89.

26 noyabr

18:00. Tottenhem – Aston Villa
20:30. Everton – Mançester Yunayted

27 noyabr

00:00. Fulhem – Vulverhempton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: