Premyer Liqa: “Çelsi” və “Liverpul”dan startda hərəyə 1 qol, 1 xal

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Brentford” – “Tottenhem” matçında qalib müəyyənləşməyib.

“Çelsi” isə ilk turda “Liverpul”la qarşılaşıb. Nəhənglərin duelində də heç-heçə qeydə alınıb.

Xatırladaq ki, ilk tura sabah keçiriləcək “Mançester Yunayted” – “Vulverhempton” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
1-ci tur
11 avqust

Börnli – Mançester Siti 0:3
Qollar: Haland, 4; 36. Rodri, 75.

12 avqust

Arsenal – Nottingem Forest 2:1
Qollar: Nketia, 26. Saka, 32 – Avoniyi, 82.

Bornmut – Vest Hem 1:1
Qollar: Solanke, 82 – Bouen, 51.

Brayton – Luton Taun 4:1
Qollar: Març, 36. J.Pedro, 71. Adinqra, 85. Ferquson, 90+5 – Morris, 81-pen.

Everton – Fulhem 0:1
Qol: De Kordova-Reyd, 73.

Şeffild Yunayted – Kristal Pelas 0:1
Qol: Eduard, 49.

Nyukasl – Aston Villa 5:1
Qollar: Tonali, 6. İsak, 16; 58. Uilson, 77. Barnes, 90+1 – Diabi, 11.

13 avqust

Brentford – Tottenhem 2:2
Qollar: Mbeumo, 26. Vissa, 36 – Romero, 11. Emerson, 45+4.

Çelsi – Liverpul 1:1
Qollar: Disasi, 37 – L.Dias, 18.

14 avqust

23:00. Mançester Yunayted – Vulverhempton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: