Premyer Liqa: Derbidə heç-heçə, MS, MY və “Liverpul”dan qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Nottingem Forest” – “Luton Taun” matçında qalib müəyyənləşməyib. “Çelsi” ilə “Arsenal” arasında baş tutan London derbisində də tərəflər hərəyə 2 qol vurduqları oyundan 1 xalla ayrılıblar.

Üç qolun vurulduğu “Bornmut” – “Vulverhempton” matçında qonaqlar qələbə qazanıblar. “Nyukasl” “Kristal Pelas”ı, “Brentford” isə “Börnli”ni darmadağınla yola salıb.

“Liverpul” doğma meydanda “Everton” üzərində inamlı qələbəyə sevinib. Son çempion “Mançester Siti” də “Brayton”u xalsız yola salıb. Səfərdə “Şeffild Yunayted”in qonağı olan “Mançester Yunayted” də turu qələbə ilə başa vurub.

İngiltərə, Premyer Liqa
9-cu tur
21 oktyabr

Liverpul – Everton 2:0
Qollar: Salah, 75-pen; 90+7.

Bornmut – Vulverhempton 1:2
Qollar: Solanke, 17 – Kunya, 47. Kalaydziç, 88.

Brentford – Börnli 3:0
Qollar: Vissa, 25. Mbeumo, 62. Qoddos, 87.

Mançester Siti – Brayton 2:1
Qollar: X.Alvares, 7. Haland, 19 – Fati, 73.

Nyukasl – Kristal Pelas 4:0
Qollar: Mörfi, 4. Qordon, 44. Lonqstaff, 45+2. K.Uilson, 66.

Nottingem Forest – Luton Taun 2:2
Qollar: Vud, 48; 76 – Oqbene, 83. Adebayo, 90+2.

Çelsi – Arsenal 2:2
Qollar: Palmer, 15-pen. Mudrik, 48 – Rays, 77. Trossard, 84.

Şeffild Yunayted – Mançester Yunayted 1:2
Qollar: Makbörni, 34-pen – Maktominey, 28. Dalo, 77.

22 oktyabr

19:30. Aston Villa – Vest Hem

23 oktyabr

23:00. Tottenhem – Fulhem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: