Premyer Liqa Fələstin və İsraildəki vəziyyətlə bağlı bəyanat yaydı

İngiltərə Premyer Liqası Fələstin və İsraildəki məlum vəziyyətlə əlaqədar olaraq mühüm rəsmi bəyanatla çıxış edib.

Arena.az bu barədə turnirin rəsmi saytına istinadən məlumat verir:

“Premyer Liqa İsrail və Qəzza Zolağında artan böhrandan sarsılıb və kədərlənib. Günahsız mülki şəxslərə qarşı dəhşətli və qəddar zorakılıq fəaliyyətini qətiyyətlə pisləyirik. Biz sülhə ümid edirik və qurbanlara, onların ailələrinə və zərərçəkmiş icmalara dərin hüznlə başsağlığı veririk.

Bütün zərərçəkənlərə hörmət əlaməti olaraq Premyer Liqa oyunçuları, idarəçiləri və rəsmiləri oktyabrın 21-dən 23-dək keçiriləcək oyunlarda qollarına qara sarğı taxaraq qurbanları bir dəqiqəlik sükutla yad edəcəklər.

Liqa, həmçinin, kəskin ehtiyacı olanlara kömək etmək səylərini dəstəkləmək üçün Britaniya Qırmızı Xaç Cəmiyyətinə ianə verəcək”, – qurumun rəsmi saytındakı bəyanatda deyilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: