Premyer Liqa: “Fulhem” “Vulverhempton”a qalib gəldi – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

“Fulhem” doğma meydanda “Vulverhempton”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

Beləliklə, 13 turdan sonra 30 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 29 xalla ikinci pillədə qərarlaşıbsa, “Liverpul” və “Aston Villa”nın 28 xalı var.

“Tottenhem” 26, “Mançester Yunayted” 24, “Nyukasl” 23, “Brayton” 22, “Vest Hem” 20, “Çelsi” və “Brentford” 16, “Vulverhempton”, “Kristal Pelas” və “Fulhem” 15 xal toplayıb. “Nottingem Forest”in 13, “Bornmut”un 12, “Luton Taun”un 9, “Şeffild Yunayted”in 5, “Everton”la “Börnli”nin isə 4 xalı var.

İngiltərə, Premyer Liqa
13-cü tur
25 noyabr

Mançester Siti – Liverpul 1:1
Qollar: Haland, 27 – Aleksandr-Arnold, 80.

Börnli – Vest Hem 1:2
Qollar: Rodriqes, 49-pen – O`Şi, 86-öz qapısına. Souçek, 90+1.

Luton Taun – Kristal Pelas 2:1
Qollar: Menqi, 72. Braun, 83 – Olise, 73.

Nyukasl – Çelsi 4:1
Qollar: İsak, 13. Laskelles, 60. Joelinton, 61. Qordon, 83 – Sterlinq, 23.

Nottingem Forest – Brayton 2:3
Qollar: Elanqa, 3. Gibbs-Uayt, 76 – E.Ferquson, 26. J.Pedro, 45+4; 58-pen.

Şeffild Yunayted – Bornmut 1:3
Qollar: Makbörni, 90+7 – Tavernye, 12; 51. Kluyvert, 45+3.

Brentford – Arsenal 0:1
Qollar: Haverts, 89.

26 noyabr

Tottenhem – Aston Villa 1:2
Qollar: Lo Çelso, 22 – P.Torres, 45+7. Uotkins, 61.

Everton – Mançester Yunayted 0:3
Qollar: Qarnaço, 3. Raşford, 56-pen. Marsyal, 75.

27 noyabr

Fulhem – Vulverhempton 3:2
Qollar: İvobi, 7. Villian, 59-pen; 90+4-pen – Kunya, 22. Hvanq, 75-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: