Premyer Liqa və İngiltərə Futbol Liqası bu həftəsonu keçiriləcək oyunlarda İsrail və Fələstin bayraqlarının istifadəsini qadağan edib.
Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Bu tədbir Yaxın Şərqdə davam edən münaqişə ilə bağlıdır və hər hansı mümkün hadisələrin qarşısını almaq məqsədi daşıyır. Bayraqların ixtiyarı şəkildə istifadəsi qadağan edilib.
Mənbənin məlumatına görə, futbolçular matəm sarğıları taxacaqlar və oyunlar başlamazdan əvvəl münaqişə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Bu məhdudiyyətlər İngiltərə Premyer Liqasının 9-cu turunun oyunları ilə yanaşı, ölkənin aşağı futbol liqalarında keçiriləcək oyunlara da şamil ediləcək.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı İsrailə hücum edib və bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.


