Premyer Liqa klubları Super Liqada iştirak etsələr, onda…

İngiltərə Premyer Liqasının klublarını Avropa Super Liqasına qatılacaqları təqdirdə hansı cəzanın gözlədiyi məlum olub.

Arena.az bu barədə “Reuters” agentiliyinə istinadən məlumat verir.

Mənbə bildirib ki, İngiltərə klubları Avropa Super Liqasına qatılmaq istəsələr, 30 xaldan məhrum ediləcəklər. Bundan əlavə, həmin klubu 29 milyon avro cərimə gözləyir.

Xatırladaq ki, daha əvvəl Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətini qanunsuz elan edib. Bu səbəbdən də Avropa qanunlarına uyğun olaraq Super Liqa rəsmi surətdə yaradıla bilər.

Bununla belə, Böyük Britaniya 2020-ci ilin fevralında Avropa İttifaqını (Aİ) tərk edib. Ona görə də Avropa Məhkəməsinin qərarı ingilis komandalarına şamil edilmir. Yeni turnirdə iştirak etmək istəyən klubların çempionatdan uzaqlaşdırılacağı barədə daha əvvəl məlumat verilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: