Premyer Liqa: “Kristal Pelas” qələbəni əldən verdi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Kristal Pelas” doğma meydanda “Brayton”la üz-üzə gəlib. Qarşılaşmada hesabı ilk hissənin sonunda meydan sahibləri açıblar. Amma qonaqlar matçın sonlarında məğlubiyyətdən xilas ola biliblər. Nəticədə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun qalan qarşılaşmaları dekabrın 22, 23 və 24-də keçiriləcək. Bu turun “Mançester Siti” – “Brentford” qarşılaşması isə “şəhərlilər”in FİFA Klub Dünya Kubokundakı iştirakı ilə əlaqədar təxirə salınıb.

İngiltərə, Premyer Liqa
18-ci tur
21 dekabr

Kristal Pelas – Brayton 1:1
Qollar: Ayyu, 45+1 – Uelbek, 82.

22 dekabr

00:00. Aston Villa – Şeffild Yunayted

23 dekabr

16:30. Vest Hem – Mançester Yunayted
19:00. Fulhem – Börnli
19:00. Luton Taun – Nyukasl
19:00. Nottingem Forest – Bornmut
19:00. Tottenhem – Everton
21:30. Liverpul – Arsenal

24 dekabr

17:00. Vulverhempton – Çelsi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: