Premyer Liqa: “Lids” “Nyukasl”ı 4 qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Lids” doğma meydanda “Nyukasl” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər.

Beləliklə, 4 turdan sonra itkisiz irəliləyən “Arsenal”la “Mançester Siti”nin 12 xalı var. “Lids”lə “Hall Siti” 8, “Brayton”la “Çelsi” 7 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
4-cü tur

12 sentyabr

Aston Villa – Nottingem Forest 1:2
Kristal Pelas – İpsviç Taun 2:3
Liverpul – Fulhem 0:0
Tottenhem – Everton 0:0
Çelsi – Hall Siti 2:2
Bornmut – Brentford 2:2
Sanderlend – Arsenal 0:2

13 sentyabr

Koventri Siti – Brayton 0:5
Mançester Yunayted – Mançester Siti 0:1

14 sentyabr

Lids – Nyukasl 4:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: