Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Nottingem Forest” “Aston Villa” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Beləcə, “Aston Villa”nın uğurlu oyunlar seriyası qırılmış olub.
Səfərdə debütant “Luton Taun”la qarşılaşan “Liverpul” isə məğlubiyyətdən son anda xilas olub.
Tura sabah keçiriləcək “Tottenhem” – “Çelsi” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
11-ci tur
4 noyabr
Fulhem – Mançester Yunayted 0:1
Qol: B.Fernandes, 90+1.
Brentford – Vest Hem 3:2
Qollar: Maupay, 11. Mavropanos, 55-öz qapısına. Kollinz, 69 – M.Kudus, 19. Bouen, 26.
Börnli – Kristal Pelas 0:2
Qollar: Şlupp, 22. Mitçell, 90+4.
Everton – Brayton 1:1
Qollar: Mikolenko, 7 – E.Yanq, 84-öz qapısına.
Mançester Siti – Bornmut 6:1
Qollar: Doku, 30. B.Silva, 33; 83. Akanci, 37. Foden, 64. Ake, 88 – Sinisterra, 74.
Şeffild Yunayted – Vulverhempton 2:1
Qollar: Arçer, 72. Norvud, 90+10 – Belleqarde, 89.
Nyukasl – Arsenal 1:0
Qol: Qordon, 64.
5 noyabr
Nottingem Forest – Aston Villa 2:0
Qollar: Ayna, 5. Manqala, 47.
Luton Taun – Liverpul 1:1
Qollar: Çonq, 80 – L.Dias, 90+5.
6 noyabr
00:00. Tottenhem – Çelsi


