Premyer Liqa: “Liverpul” MY ilə bacarmadı, “Arsenal” lider oldu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Vest Hem” doğma meydanda “Vulverhempton”a 3 cavasız qolla qalib gəlib.

Səfərdə “Brentford”la qarşılaşan “Aston Villa” da növbəti qələbəsini rəsmiləşdirib.

“Arsenal” “Brayton”la ev oyunundan inamlı qələbə ilə ayrılıb və zirvəyə yüksəlib. Buna “Liverpul”un “Mançester Yunayted”lə ev oyunundakı xal itkisi də şərait yaradıb. Mərkəzi oyunda qol qeydə alınmayıb.

Beləliklə, 17 turdan sonra 39 xala malik “Arsenal” vahid liderdir. “Liverpul”la “Aston Villa”nın 38 xalı var. Son çempion “Mançester Siti” 34, “Tottenhem” 33, “Nyukasl” 29, “Mançester Yunayted” 28, “Vest Hem” 27, “Brayton” 26, “Çelsi” 22 xal toplayıb.

İngiltərə, Premyer Liqa
17-ci tur
15 dekabr

Nottingem Forest – Tottenhem 0:2
Qollar: Riçarlison, 45+2. Kuluşevski, 65.

16 dekabr

Bornmut – Luton Taun 1:1 (yarıda qalıb)
Qollar: Solanke, 58 – Adebayo, 3.

Çelsi – Şeffild Yunayted 2:0
Qollar: Palmer, 54. Cekson, 61.

Mançester Siti – Kristal Pelas 2:2
Qollar: Qriliş, 24. Lyuis, 54 – Mateta, 76. Olise, 90+5-pen.

Nyukasl – Fulhem 3:0
Qollar: Miley, 57. Almiron, 64. Burn, 82.

Börnli – Everton 0:2
Qollar: Onana, 19. M.Kin, 25.

17 dekabr

Arsenal – Brayton 2:0
Qollar: Q.Jezus, 53. Haverts, 87.

Brentford – Aston Villa 1:2
Qollar: Potter, 45 – Moreno, 77. Uotkins, 85.

Vest Hem – Vulverhempton 3:0
Qollar: M.Kudus, 22; 32. Bouen, 74.

Liverpul – Mançester Yunayted 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: