Premyer Liqa: “Liverpul” və MS-dən səfərdə çətin qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Börnli” – “Aston Villa” matçı qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Son çempion “Mançester Siti” səfərdə “Şeffild Yunayted” üzərində çətin qələbəyə sevinib.

“Nyukasl”ın qonağı olan “Liveprul” da azlıqda qalmasına baxmayaraq, yekunda əzmkar qələbə qazanıb.

Beləliklə, 3 turdan sonra maksimum nəticə göstərən yeganə komanda – “Mançester Siti” 9 xalla zirvədə qərarlaşıb. “Vest Hem”, “Tottenhem”, “Liverpul” və “Arsenal” 7 xal toplayıblar. “Brayton”, “Aston Villa”, “Mançester Yunayted” 6, “Brentford” 5, “Çelsi”, “Kristal Pelas” və “Fulhem” isə 4 xal yığıblar.

İngiltərə, Premyer Liqa
3-cü tur
25 avqust

Çelsi – Luton Taun 3:0
Qollar: Sterlinq, 17; 69. N.Cekson, 75.

26 avqust

Bornmut – Tottenhem 0:2
Qollar: Meddison, 17. Kuluşevski, 63.

Arsenal – Fulhem 2:2
Qollar: Saka, 70-pen. Nketia, 72 – A.Pereyra, 1. Palinya, 87.

Brentford – Kristal Pelas 1:1
Qollar: Şade, 18 – Andersen, 76.

Everton – Vulverhempton 0:1
Qol: Kalaydziç, 87.

Mançester Yunayted – Nottingem Forest 3:2
Qollar: Eriksen, 17. Kazemiro, 52. B.Fernandes, 76 – Avoniyi, 2. Boli, 4.

Brayton – Vest Hem 1:3
Qollar: Qross, 81 – Uord-Prouz, 19. Bouen, 58. Antonio, 63.

27 avqust

Börnli – Aston Villa 1:3
Qollar: Foster, 47 – Kaş, 8; 20. Diabi, 61.

Şeffild Yunayted – Mançester Siti 1:2
Qollar: Boqle, 85 – Haland, 63. Rodri, 88.

Nyukasl – Liveprul 1:2
Qollar: Qordon, 25 – Nunez, 81; 90+3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: