Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Premyer Liqanın debütantı “Luton Taun” doğma meydanda “Vest Hem”lə üz-üzə gəlib. Əvvəlki oyunlarından xalsız ayrılmış lutonlular bu dəfə də meydanı məğlubiyyətlə tərk ediblər.
4-cü turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
4-cü tur
1 sentyabr
Luton Taun – Vest Hem 1:2
Qollar: Andersen, 90+2 – Bouen, 37-pen – Zuma, 85.
2 sentyabr
15:30. Şeffild Yunayted – Everton
18:00. Brentford – Bornmut
18:00. Börnli – Tottenhem
18:00. Çelsi – Nottingem Forest
18:00. Mançester Siti – Fulhem
20:30. Brayton – Nyukasl
3 sentyabr
17:00. Kristal Pelas – Vulverhempton
17:00. Liverpul – Aston Villa
19:30. Arsenal – Mançester Yunayted


