Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Lakin “Bornmut” – “Luton Taun” matçı hesab 1:1 olarkən yarıda qalıb. Buna qonaq komandanın kapitanı Tom Lokyerin 59-cu dəqiqədə huşunu itirərək yerə yıxılması səbəb olub. Həkimlərin yardımından sonra özünə gələn futbolçu dərhal xəstəxanaya çatdırılıb. Hakimlər bu matçı davam etdirməməyə qərar veriblər.
Digər oyunlara gəlincə, “Çelsi” “Şeffild Yunayted”i, “Nyukasl” isə “Fulhem”i məğlub yola salıb. Səfərdə “Börnli” ilə qarşılaşan “Everton” da bu turu qələbə ilə başa vurub. Dörd qolun qeydə alındığı “Mançester Siti” – “Kristal Pelas” matçında isə qalib müəyyənləşməyib. Son çempion qələbə hesabını əsas vaxta əlavə olunmuş dəqiqələrdə əldən verib.
17-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
17-ci tur
15 dekabr
Nottingem Forest – Tottenhem 0:2
Qollar: Riçarlison, 45+2. Kuluşevski, 65.
16 dekabr
Bornmut – Luton Taun 1:1 (yarıda qalıb)
Qollar: Solanke, 58 – Adebayo, 3.
Çelsi – Şeffild Yunayted 2:0
Qollar: Palmer, 54. Cekson, 61.
Mançester Siti – Kristal Pelas 2:2
Qollar: Qriliş, 24. Lyuis, 54 – Mateta, 76. Olise, 90+5-pen.
Nyukasl – Fulhem 3:0
Qollar: Miley, 57. Almiron, 64. Burn, 82.
Börnli – Everton 0:2
Qollar: Onana, 19. M.Kin, 25.
17 dekabr
18:00. Arsenal – Brayton
18:00. Brentford – Aston Villa
18:00. Vest Hem – Vulverhempton
20:30. Liverpul – Mançester Yunayted


