Premyer Liqa: MS “Arsenal”a da uduzdu – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Brayton” – “Liverpul” və “Vest Hem” – “Nyukasl” oyunlarında qalib müəyyənləşməyib. “Vulverhempton” – “Aston Villa” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun mərkəzi matçı Londonda “Arsenal”la “Mançester Siti” arasında baş tutub. Ötən tur “Vulverhempton”dan cari mövsümdəki ilk məğlubiyyətini alan “şəhərlilər” bu dəfə də “topçular”a uduzublar.

Hazırda 20 xala malik iki London təmsilçisi – “Tottenhem” və “Arsenal” zirvəyə şərikdirlər. “Mançester Siti” 18 xalal üçüncü, “Liverpul” 17 xalla dördüncüdür. “Aston Villa” və “Brayton” 16, “Vest Hem” 14, “Nyukasl” 13, “Kristal Pelas” və “Mançester Yunayted” 12, “Çelsi” və “Fulhem” isə 11 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
8-ci tur
7 oktyabr

Luton Taun – Tottenhem 0:1
Qol: Van de Ven, 52.

Börnli – Çelsi 1:4
Qollar: Odobert, 15 – Əl-Daxil, 42-öz qapısına. Palmer, 50-pen. Sterlinq, 65. Cekson, 74.

Everton – Bornmut 3:0
Qollar: Qarner, 8. Harrison, 37. Dukure, 60.

Fulhem – Şeffild Yunayted 3:1
Qollar: De Kordova, 53. Foderingem, 76-öz qapısına. Villian, 90+2 – E.Robinson, 68-öz qapısına.

Mançester Yunayted – Brentford 2:1
Qollar: Maktominey, 90+3; 90+7 – Yensen, 26.

Kristal Pelas – Nottingem Forest 0:0

8 oktyabr

Brayton – Liverpul 2:2
Qollar: Adinqra, 20. Dank, 78 – Salah, 40; 45+1-pen.

Vest Hem – Nyukasl 2:2
Qollar: Souçek, 8. M.Kudus, 89 – A.İsak, 57; 62.

Vulverhempton – Aston Villa 1:1
Qollar: Hvanq, 53 – Torres, 55.

Arsenal – Mançester Siti 1:0
Qol: Martinelli, 86.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: