Premyer Liqa: MS uduzdu, MY “Çelsi”yə qalib gəldi – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Brayton” “Brentford”u doğma meydanda çətinliklə məğlub edibsə, “Fulhem” “Nottingem Forest”i darmadağınla yola salıb. “Kristal Pelas” isə evdə “Bornmut”a 2 cavabsız qolla uduzub.

“Şeffild Yunayted”in qonağı olan “Liverpul” növbəti qələbəsini rəsmiləşdirib.

Üç qolun qeydə alındığı “Mançester Yunayted” – “Çelsi” matçında meydan sahibləri qələbə qazanıblar.

Səfərdə “Aston Villa” ilə qarşılaşan son çempion “Mançester Siti” isə bu dəfə ümumiyyətlə xalsız qalıb. Xosep Qvardiolanın komandası çempionatdakı son dörd matçda qələbəyə həsrətdir (3 heç-heçə, məğlubiyyət)

Turun qalan görüşləri sabah keçiriləcək.

İngiltərə, Premyer Liqa
15-ci tur
5 dekabr

Vulverhempton – Börnli 1:0
Qol: Hvanq, 42.

Luton Taun – Arsenal 3:4
Qollar: Oşo, 25. Adebayo, 49. Barkli, 57 – Martinelli, 20. Q.Jezus, 45. Haverts, 60. Rays, 90+7.

6 dekabr

Brayton – Brentford 2:1
Qollar: Qross, 31. Hinşelvud, 52 – Mbeumo, 27-pen.

Kristal Pelas – Bornmut 0:2
Qollar: Senesi, 25. Mur, 90+1.

Fulhem – Nottingem Forest 5:0
Qollar: İvobi, 30; 73. Ximenes, 34; 54. Kerni, 85.

Şeffild Yunayted – Liverpul 0:2
Qollar: Van Deyk, 37. Soboslai, 90+4.

Aston Villa – Mançester Siti 1:0
Qol: Beyli, 74.

Mançester Yunayted – Çelsi 2:1
Qollar: Maktominey, 19; 69 – Palmer, 45.

7 dekabr

23:30. Everton – Nyukasl
00:15. Tottenhem – Vest Hem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: