Premyer Liqa: MY “Arsenal”a uduzdu, “Liverpul” qalib gəldi – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Kristal Pelas” – “Vulverhempton” matçında meydan sahibləri qalib gəliblər.

“Liverpul” bu dəfə “Aston Villa”nı doğma meydanda 3 cavabsız qolla üstələyib.

Turun mərkəzi oyununda isə “Arsenal” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb. “Topçular” bu oyunun son dəqiqələrində vurulan qollarla inamlı qələbəyə seviniblər.

Beləliklə, 4 turdan sonra maksimum nəticəyə imza atan “Mançester Siti” vahid liderdir. “Tottenhem”, “Liverpul”, “Vest Hem” və “Arsenal” 10 xal toplayıblar. “Brayton” isə 9 xala 6-cıdır. “Mançester Yunayted” 6 xalla 11-ci, “Çelsi” 4 xalla 12-ci sırada qərarlaşıb.

İngiltərə, Premyer Liqa
4-cü tur
1 sentyabr

Luton Taun – Vest Hem 1:2
Qollar: Andersen, 90+2 – Bouen, 37-pen – Zuma, 85.

2 sentyabr

Şeffild Yunayted – Everton 2:2
Qollar: Arçer, 33. Pikford, 45+3-öz qapısına – Dukure, 14. Danjuma, 55.

Brentford – Bornmut 2:2
Qollar: Yensen, 7. Mbeumo, 90+3 – Solanke, 30. Bruks, 77.

Börnli – Tottenhem 2:5
Qollar: Foster, 4. Braunhill, 90+4 – Son, 16; 63; 66. Romero, 45+2. Meddison, 54.

Çelsi – Nottingem Forest 0:1
Qol: Elanqa, 48.

Mançester Siti – Fulhem 5:1
Qollar: X.Alvares, 31. Ake, 45+5. Haland, 58; 70-pen; 90+5 – Rim, 33.

Brayton – Nyukasl 3:1
Qollar: Ferquson, 27; 65; 70 – Uilson, 90+2.

3 sentyabr

Kristal Pelas – Vulverhempton 3:2
Qollar: Eduard, 56; 84. Eze, 78 – Hvanq, 65. Kunya, 90+6.

Liverpul – Aston Villa 3:0
Qollar: Soboslai, 3. Kaş, 22-öz qapısına. Salah, 55.

Arsenal – Mançester Yunayted 3:1
Qollar: Edeqor, 28. Rays, 90+6. Q.Jezus, 90+11 – Reşford, 27.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: