Premyer Liqa: MY uduzdu, “Arsenal”la “Liverpul” 1 xala razılaşdı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə altı qarşılaşma baş tutub.

Səfərdə “Vest Hem”lə qarşılaşan “Mançester Yunayted” bu dəfə də məğlubiyyətə üzülüb. “Fulhem” evdə “Börnli”yə, “Nottingem Forest” isə “Bornmut”a məğlub olub.

“Luton Taun” “Nyukasl”ı, “Tottenhem” “Everton”u məğlub yola salıb. “Liverpul”la “Arsenal” arasında baş tutan turun mərkəzi qarşılaşması isə bərabərliklə yekunlaşıb.

18-ci tura sabah keçiriləcək “Vulverhempton” – “Çelsi” matçı ilə yekun vurulacaq. Bu turun “Mançester Siti” – “Brentford” qarşılaşması isə “şəhərlilər”in FİFA Klub Dünya Kubokundakı iştirakı ilə əlaqədar təxirə salınıb.

İngiltərə, Premyer Liqa
18-ci tur
21 dekabr

Kristal Pelas – Brayton 1:1
Qollar: Ayyu, 45+1 – Uelbek, 82.

22 dekabr

Aston Villa – Şeffild Yunayted 1:1
Qollar: Zaniolo, 90+8 – Arçer, 87.

23 dekabr

Vest Hem – Mançester Yunayted 2:0
Qollar: Bouen, 72. M.Kudus, 78.

Fulhem – Börnli 0:2
Qollar: Odober, 47. Berge, 66.

Luton Taun – Nyukasl 1:0
Qol: Taunsend, 25.

Nottingem Forest – Bornmut 2:3
Qollar: Elanqa, 47. Vud, 74 – Solanke, 51; 58; 90+4.

Tottenhem – Everton 2:1
Qollar: Riçarlison, 9. Son, 18 – A.Qomes, 82.

Liverpul – Arsenal 1:1
Qollar: Salah, 29 – Qabriel, 4.

24 dekabr

17:00. Vulverhempton – Çelsi

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: