Premyer Liqa: “Neftçi” qələbəni əlavə vaxtda əldən verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, son oyun gününün ilk qarşılaşması “Neftçi” ilə “Araz-Naxçıvan” arasında baş tutub.

“Ağ-qaralar” doğma meydanda baş tutan bu oyunda qalib gəlməklə ən azı turnir cədvəlində Naxçıvan təmsilçisini qabaqlamış olacaqdılar. Qarşılaşmada hesabı da meydan sahibləri açıblar. Lakin oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə bərabərlik qolunu vurmağa nail olan “Araz-Naxçıvan” səfərdən 1 xalla qayıtmağa nail olub.

Turun son matçında “Sumqayıt”la “Zirə” üz-üzə gələcəklər. Bu oyuna saat 18:00-da start veriləcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sabah” “Qarabağ”a uduzub (1:2), “Qəbələ” “Turan Tovuz”a qalib gəlib (4:0), “Səbail” – “Kəpəz” matçı isə heç-heçə bitib – 0:0.

Premyer Liqa
14-cü tur
26 noyabr

“Neftçi” – “Araz-Naxçıvan” 1:1
Qollar: Yuri Matias, 41 – Orxan Əliyev, 90+3.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
“Neftçi Arena”, 15:30.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: