Premyer Liqa: “Neftçi” və “Araz-Naxçıvan”dan heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Bakıda “Neftçi” ilə “Araz-Naxçıvan” arasında baş tutub.

Bu, sözügedən komandaların Premyer Liqa çərçivəsində 12-ci görüşü olub. Əvvəlki 11 oyunda 3 heç-heçə qeydə alınmışdısa, qalan oyunlarda həm “Neftçi”, həm də “Araz-Naxçıvan” 4 qələbə qazanmışdı. Amma top fərqində “Neftçi”nin ciddi üstünlüyü vardı – 22:7. Buna baxmayaraq, “Neftçi” son 3 görüşdə, yəni cari mövsümdə bu rəqibi üzərində qələbə qazanmamışdı. “Araz-Naxçıvan” son 2 oyunda qalib gəlmişdi.

Son turlarda qələbə üzünə həsrət qalmış “Araz-Naxçıvan” bu oyundan öncə Premyer Liqanın yarış cədvəlində 47 xalla üçüncü idi. Qeyri-sabit çıxışı ilə seçilən “Neftçi” isə 31 xalla altıncı pillədə qərarlaşmışdı.

Tərəflər arasında bu gün keçirilmiş oyunda isə qalib müəyyənləşməyib. Erkən qollar vuran komandalar daha sonra bunun ardını gətirə bilməyiblər və yekunda 1 xalla kifayətləniblər.

Premyer Liqa
28-ci tur

29 mart

“Neftçi” – “Araz-Naxçıvan” 1:1
Qollar: Bassala Sambu, 3 – İssuf Paro, 6.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 16:45.

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 18. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 23. Robert Bauer, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: