Premyer Liqa oyunçusu irqçi davranışa görə istintaq altına düşüb

İngitərə Premyer Liqasının adı açıqlanmayan oyunçusu lüks yaşayış binasının konsyerjinə qarşı irqçi davranışda ittiham edilir.

Arena.az “Mirror” dərgisinə istinadən məlumat verir ki, bu “qəhrəman”ın adı istintaq maraqlarına görə açıqlanmır.

Mənbənin məlumatına görə, seneqaləsilli 50 yaşlı konsyerjə qarşı irqçi ifadələr işlətmiş “qoçu” futbolçu həmin vaxt sərxoş olub.

Zərərçəkmiş şəxs lülqənbər futbolçunun aqressiv surətdə evin işçisindən mənzilinin açarlarını tələb etdiyini bildirib. Konsyerj futbolçunu nalayiq davranışına görə məzəmmət etdikdən sonra, qızışmış bu lotu 50 yaşlı kişiyə qarşı irqi təhqirlərə keçib və yeddimərtəbəli əxlaqsız söyüşlər söyməyə başlayıb. Konsyerj futbolla maraqlanmadığı üçün əvvəlcə kimin onu təhqir etdiyini başa düşmədiyini də vurğulayıb.

Hazırda polis bu rüsvayçılıqla bağlı araşdırmalarını davam etdirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: