Premyer Liqa: “Qəbələ” “İmişli”yə, “Kəpəz” “Şamaxı”ya qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda “Qəbələ” “İmişli”ni sınağa çəkəcək. Qəbələ şəhər stadionunda təşkil ediləcək matçın start fiti saat 18:00-da səslənəcək. Oyunu Rauf Cabbarov idarə edəcək.

Günün digər oyunu “Kəpəz”lə “Şamaxı” arasında keçiriləcək. Gəncə şəhər stadionunda baş tutacaq oyuna saat 20:15-də start veriləcək. Matçın baş hakimi Vüqar Həsənli olacaq.

Premyer Liqa
4-cü tur

4 sentyabr

“Qəbələ” – “İmişli”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
Qəbələ şəhər stadionu, 18:00.

“Kəpəz” – “Şamaxı”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Gəncə şəhər stadionu, 20:15.

5 sentyabr

“Sabah” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Masazır Arena”, 18:30.

“Neftçi” – “Şəfa”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
“Neftçi Arena”, 20:30.

6 sentyabr

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
Tovuz şəhər stadionu, 18:00.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: