Premyer Liqa: “Qarabağ” və “Neftçi” 93-cü dəfə üz-üzə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Günün yeganə matçı Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Burada milli çempionatlarımızın daimi iştirakçısı olan komandalar – “Qarabağ” və “Neftçi” üz-üzə gələcəklər. Əzəli rəqiblərin oyununu Rəvan Həmzəzadə idarə edəcək. Matça saat 20:00-da start veriləcək.

Artıq qış çempionluğunu təmin etmiş “Qarabağ” hazırda 35 xalla zirvədə qərarlaşıb. “Neftçi” isə 25 xalla 5-cidir. Son iki turda ardıcıl qələbələr qazanmış paytaxt təmsilçisi əzəli rəqibinə də qalib gələcəyi halda 3-cü pilləyə yüksələ bilər. Son beş matçda xal itirməyən Ağdam təmsilçisi qalib gələcəyi halda isə əsas izləyiciləri ilə fərqi daha da artırmış olacaq.

Xatırladaq ki, “Qarabağ”la “Neftçi” indiyə qədər 92 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə 31 heç-heçə qeydə alınıbsa, ağdamlılar 38, bakılılar 23 qələbə qazanıblar. “Neftçi” son 9 görüşdə qələbə qazanmayıb. “Qarabağ” bu 9 matçda meydanı qolsuz tərk etməyib.

Premyer Liqa
17-ci tur
14 dekabr

“Kəpəz” – “Sumqayıt” 1:1
Qollar: Georgi Papunaşvili, 43 – Roi Kehat, 20.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:30

15 dekabr

“Səbail” – “Qəbələ” 3:0
Qollar: Yadin Luqasi, 18. İlkin Qırtımov, 52-öz qapısına. Aleksandr Ramalinqom, 60-pen.
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 13:00.

“Araz-Naxçıvan” – “Sabah” 2:0
Qollar: Boyan Letiç, 40-öz qapısına. Turan Manafov, 71.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Dalğa Arena”, 15:00.

16 dekabr

“Turan Tovuz” – “Zirə” 1:0
Qol: Fərid Nəbiyev, 76.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 18:00.

18 dekabr

“Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: