Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun və günün sonuncu qarşılaşması son çempion və lider “Qarabağ”la əsas izləyicisi “Sumqayıt” arasında baş tutub.
Bu komandaların əvvəlki 45 oyununda Ağdam təmsilçisi 34, Sumqayıt təmsilçisi 6 qələbə qazanmışdısa, 5 görüş heç-heçə yekunlaşmışdı.
Hazırda “Sumqayıt”ın liderin əsas izləyicisi olması bu oyuna marağı ikiqat artırırdı. Amma Ağdam klubu bu rəqibinə də qalib gəlməklə aradakı xal fərqini 18 xala çatdırıb.
Premyer Liqa
24-cü tur
25 fevral
“Qarabağ” – “Sumqayıt” 2:0
Qollar: Adama Diakabi, 52. Yassin Benzya, 83.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.


