Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyunu Zirədə baş tutub.
Burada lider “Zirə” doğma azarkeşlərinin gözü önündə “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Hesabı zirəlilər açsa da, qonaq komanda elə ilk yarıdaca Pedro Nunonun dublu sayəsində oyunda dönüş yaradıblar. “Zirə” yalnız matçın sonlarında bərabərlik qolunu vurmağa nail olub.
İlk oyun gününün digər görüşü Tovuzda keçiriləcək. Burada “Turan Tovuz” qərb derbisində “Kəpəz”lə üz-üzə gələcək. Oyuna saat 19:00-da start veriləcək.
Bu turun “Sumqayıt” – “Qəbələ” və “Neftçi” – “Sabah” oyunları sabah keçiriləcək. “Araz-Naxçıvan” – “Qarabağ” oyunu isə oktyabrın 30-da baş tutacaq.
Premyer Liqa
11-ci tur
28 oktyabr
“Zirə” – “Səbail” 2:2
Qollar: İssa Cibrilla, 19. Rüstəm Əhmədzadə, 78 – Pedro Nuno, 31; 34.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Zirə İK stadionu, 16:00.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 46. Taleh Fərmanov, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç.
Baş məşqçi: Rəşad Sadıqov.
Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.


