Premyer Liqa: “Sabah” bu gün “Qarabağ”ı qəbul edir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq turun açılış matçında son çempion “Qarabağ” ötən mövsümün gümüş mükafatçısı olmuş “Sabah”la qarşılaşacaq.

Sözügedən komandalar Masazırda, “Sabah”ın meydanında üz-üzə gələcəklər. Meydan sahibləri bu oyunda qalib gələcəkləri halda turnir cədvəlində bir pillə irəliləmiş olacaqlar. Ağdam təmsilçisi isə qalib gəlməklə nəinki irəliləmiş, hətta müvəqqəti də olsa, vahid liderliyi ələ keçirmiş olacaq.

“Sabah”la “Qarabağ” bu günə qədər 20 oyunda qarşılaşıblar. “Bayquşlar” bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 6 heç-heçə ediblər. Ağdamlıların hesabında isə 13 qələbə var. “Qarabağ” son üç görüşdə qol vurub. Son 6 oyunda meydan sahibi olan komanda uduzmayıb.

Premyer Liqa
14-cü tur
24 noyabr

“Sabah” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Masazır Arena”, 20:00.

25 noyabr

“Səbail” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”, 14:00

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qəbələ şəhər stadionu, 16:00.

26 noyabr

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “Neftçi Arena”, 15:30.

“Sumqayıt” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena”, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: