Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Neftçi Arena”da təşkil olunacaq qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. Bu, sözügedən komandaların Premyer Liqa çərçivəsində 12-ci görüşü olacaq. Əvvəlki 11 oyunda 3 heç-heçə qeydə alınıbsa, qalan oyunlarda həm “Neftçi”, həm də “Araz-Naxçıvan” 4 qələbə qazanıb. Amma top fərqində “Neftçi”nin ciddi üstünlüyü var – 22:7. Buna baxmayaraq, “Neftçi” son 3 görüşdə, yəni cari mövsümdə bu rəqibi üzərində qələbə qazanmayıb. “Araz-Naxçıvan” son 2 oyunda qalib gəlib.
Son turlarda qələbə üzünə həsrət qalmış “Araz-Naxçıvan” hazırda Premyer Liqanın yarış cədvəlində 47 xalla üçüncüdür. Qeyri-sabit çıxışı ilə seçilən “Neftçi” isə 31 xalla altıncı pillədə qərarlaşıb.
Son turlarda qələbəyə həsrət qalmış digər bir iddialı komanda – “Sabah” da səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunu Tural Qurbanov idarə edəcək. “Sabah” hazırda 35 xalla 5-ci, “Sumqayıt” isə 28 xalla 8-ci sıradadır.
Bu, sözügedən klubların milli çempionatdakı 27-ci qarşılaşmasıdır. Əvvəlki 26 oyunda “Sumqayıt” 8, “Sabah” 14 qələbə qazanıb, 4 görüş bərabərliklə yekunlaşıb. “Sabah” son 2 görüşdən qolsuz ayrılıb. “Sumqayıt” son 3 ev oyununda rəqib qapısına yol tapıb.
Premyer Liqa
28-ci tur
28 mart
“Turan Tovuz” – “Qarabağ” 1:4
Qollar: Aleks Souza, 30 – Kadi Borges, 16-pen; 84. Nəriman Axundzadə, 32. Aleksey Kaşuk, 90+1.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 19:30.
29 mart
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 16:45.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
30 mart
“Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.
“Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.


