Premyer Liqa: Son üç mövsümdən ən çox gəlir qazanmış klublar

Britaniyanın “LondonWorld” nəşri son üç mövsümün açıq hesabatı əsasında Premyer Liqa klublarının maliyyə səmərəliliyi siyahısını dərc edib.

Arena.az məlumat verir ki, İngiltərə Preyer Liqasındakı 20 komandadan yalnız 5-i bu müddətdə mənfəətə nail ola bilib.

İngiltərə Premyer Liqasında ən gəlirli klub, hesabat dövründə gəlirləri xərclərini 67,1 milyon funt-sterlinq məbləğində üstələmiş “Liverpul” olub. İlk üçlüyə “Şeffild Yunayted” və “Börnli” daxildir.

Premyer Liqada maliyyə səmərəliliyi baxımından mənfəət əldə etmiş klubları təqdim edirik:

  1. “Liverpul” (67,1 milyon funt-sterlinq mənfəət);
  2. “Şeffild Yunayted” (46,3 milyon funt-sterlinq mənfəət);
  3. “Börnli” (31,9 milyon funt-sterlinq mənfəət);
  4. “Vest Hem” (25,8 milyon funt-sterlinq mənfəət);
  5. “Tottenhem” (2,2 milyon funt-sterlinq mənfəət).
Xəbəri sosial şəbəkələrdə paylaş: