Premyer Liqa: “Sumqayıt” və “Şamaxı”dan heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

“Sumqayıt” bu turda “Şamaxı”nı qəbul edib. “Sumqayıt Arena”da keçirilmiş görüşü Əli Əliyev idarə edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Premyer Liqa
5-ci tur
12 sentyabr

“Sumqayıt” – “Şamaxı” 1:1
Qollar: Jeam Oliveyra, 25 – Edqar Adilxanov, 54.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov.
VAR: Vüqar Həsənli.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena”, 19:45.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 17. Nihad Əhmədzadə, 9. Jeam Oliveyra, 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 55. Lukas Blek, 21. Tyaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 12. Aftandil Arixov, 34. Ülvi Abbaslı, 29. Emil Mustafayev, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 11. Mamadi Banqre, 27. İmani Barker.
Baş məşqçi: Filipe Kandido.

Şamaxı: 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Buali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paçeko, 52. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 9. Tornike Axvlediani, 8. Teşaqer Dequ.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: