Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Sumqayıt” ilə “Zirə” komandaları üz-üzə gəliblər.
Hər iki komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə aparması oyuna olan marağı artıran məqamlardan idi. Belə ki, bu oyundan öncə “Zirə” 45 xalla 2-ci, “Sumqayıt” isə 43 xalla 4-cü pillədə qərarlaşmışdı.
Bu günə qədər 34 oyunda üz-üzə gəlmiş bu komandaların görüşlərində Sumqayıt təmsilçisi 6, zirəlilər 18 qələbə qazanmışdılar. 10 oyunda isə qalib müəyyənləşməmişdi. “Sumqayıt” 14 oyun idi bu rəqibinə qalib gələ bilmirdi. “Zirə” 4 matçdır qol buraxmırdı.
“Sumqayıt” bu oyunda da uğursuz gedişata son qoya bilməyib. Tərəflər meydanı qolsuz heç-heçə ilə tərk ediblər.
Bu turun “Qəbələ” – “Turan Tovuz” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. “Səbail” – “Kəpəz” və “Sabah” – “Qarabağ” görüşləri isə bazar gününə təsadüf edəcək.
Premyer Liqa
30-cu tur
12 aprel
“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.


