Premyer Liqa: “Tottenhem” “Fulhem”ə qalib gəldi, zirvədə qaldı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında lider “Tottenhem” doğma meydanda “Fulhem”lə qarşılaşıb. London təmsilçisi bu oyunda da qələbə qazannmaqla zirvədəki mövqeyini qoruyub. Hazırda bu komandanın hesabında 23 xal var.

Son çempion “Mançester Siti” və “Arsenal” 21 xal toplayıbsa, “Liverpul” 20 xalla dördüncüdür. “Aston Villa”nın 19, “Nyukasl” və “Brayton”un 16, “Mançester Yunayted”in 15, “Vest Hem”in 14, “Çelsi” və “Kristal Pelas”ın 12 xalı var.

İngiltərə, Premyer Liqa
9-cu tur
21 oktyabr

Liverpul – Everton 2:0
Qollar: Salah, 75-pen; 90+7.

Bornmut – Vulverhempton 1:2
Qollar: Solanke, 17 – Kunya, 47. Kalaydziç, 88.

Brentford – Börnli 3:0
Qollar: Vissa, 25. Mbeumo, 62. Qoddos, 87.

Mançester Siti – Brayton 2:1
Qollar: X.Alvares, 7. Haland, 19 – Fati, 73.

Nyukasl – Kristal Pelas 4:0
Qollar: Mörfi, 4. Qordon, 44. Lonqstaff, 45+2. K.Uilson, 66.

Nottingem Forest – Luton Taun 2:2
Qollar: Vud, 48; 76 – Oqbene, 83. Adebayo, 90+2.

Çelsi – Arsenal 2:2
Qollar: Palmer, 15-pen. Mudrik, 48 – Rays, 77. Trossard, 84.

Şeffild Yunayted – Mançester Yunayted 1:2
Qollar: Makbörni, 34-pen – Maktominey, 28. Dalo, 77.

22 oktyabr

Aston Villa – Vest Hem 4:1
Qollar: D.Luis, 30; 51. Uotkins, 74. Beyli, 89 – Bouen, 56.

23 oktyabr

Tottenhem – Fulhem 2:0
Qollar: Son, 36. Meddison, 54.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: