Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Tottenhem” London derbisində “Çelsi” ilə üz-üzə gəlib. Bu oyunda hesabı meydan sahibləri açsalar da, yekunda qonaqlar darmadağına seviniblər.
Beləliklə, 11 turdan sonra 27 xala malik “Mançester Siti” vahid liderdir. İlk məğlubiyyətini alan və ikinci pilləyə düşən “Tottenhem”in 26 xalı var. “Liverpul”la “Arsenal” isə 24 xalla üçüncü pilləyə şərikdirlər. “Aston Villa” 22, “Nyukasl” 20, “Braytona” və “Mançester Yunayted” 18, “Brentford” 16, “Çelsi” və “Kristal Pelas” isə 15 xal toplayıb.
İngiltərə, Premyer Liqa
11-ci tur
4 noyabr
Fulhem – Mançester Yunayted 0:1
Qol: B.Fernandes, 90+1.
Brentford – Vest Hem 3:2
Qollar: Maupay, 11. Mavropanos, 55-öz qapısına. Kollinz, 69 – M.Kudus, 19. Bouen, 26.
Börnli – Kristal Pelas 0:2
Qollar: Şlupp, 22. Mitçell, 90+4.
Everton – Brayton 1:1
Qollar: Mikolenko, 7 – E.Yanq, 84-öz qapısına.
Mançester Siti – Bornmut 6:1
Qollar: Doku, 30. B.Silva, 33; 83. Akanci, 37. Foden, 64. Ake, 88 – Sinisterra, 74.
Şeffild Yunayted – Vulverhempton 2:1
Qollar: Arçer, 72. Norvud, 90+10 – Belleqarde, 89.
Nyukasl – Arsenal 1:0
Qol: Qordon, 64.
5 noyabr
Nottingem Forest – Aston Villa 2:0
Qollar: Ayna, 5. Manqala, 47.
Luton Taun – Liverpul 1:1
Qollar: Çonq, 80 – L.Dias, 90+5.
6 noyabr
Tottenhem – Çelsi 1:4
Qollar: Kuluşevski, 6 – Palmer, 35. N.Cekson, 75; 90+4; 90+7.


