Premyer Liqa: “Tottenhem”dən “Nottingem Forest” üzərində qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Nottingem Forest” doğma meydanda “Tottenhem”lə qarşılaşıb. London təmsilçisi səfər matçından inamlı qələbə ilə ayrılıb.

17-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
17-ci tur
15 dekabr

Nottingem Forest – Tottenhem 0:2
Qollar: Riçarlison, 45+2. Kuluşevski, 65.

16 dekabr

19:00. Bornmut – Luton Taun
19:00. Çelsi – Şeffild Yunayted
19:00. Mançester Siti – Kristal Pelas
19:00. Nyukasl – Fulhem
21:30. Börnli – Everton

17 dekabr

18:00. Arsenal – Brayton
18:00. Brentford – Aston Villa
18:00. Vest Hem – Vulverhempton
20:30. Liverpul – Mançester Yunayted

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: