Premyer Liqa: “Turan Tovuz”la “Sumqayıt”ın avrokubok savaşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la üz-üzə gələcək. Bu prinsipial qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Bu oyundan öncə “Sumqayıt” 44 xalla 4-cü, “Turan Tovuz” isə 42 xalla 6-cı pillədə qərarlaşıb. Tovuzlular doğma meydanda qalib gəlsələr, “Sumqayıt”ı qabaqlayıb 4-cü pilləyə yüksələcəklər. Sumqayıtlıların mümkün qələbəsi isə bu komandanı ikinci pilləyə daşıyacaq.

Son iki turda “Sumqayıt” ardıcıl iki heç-heçə (“Neftçi” və “Zirə” ilə) edibsə, “Turan Tovuz” “Sabah” və “Qəbələ” üzərində qələbələrə sevinib.

“Turan Tovuz”la “Sumqayıt” daha öncə 7 oyunda üz-üzə gəliblər. Bu oyunlarda tovuzlular 1, sumqayıtlılar 2 qələbə qazanıblarsa, 4 görüş heç-heçə yekunlaşıb. “Sumqayıt” son 5 oyunda bu rəqibinə uduzmayıb. Son üç qarşılaşma heç-heçə başa çatıb.

Premyer Liqa
31-ci tur
19 aprel

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 16:30.

20 aprel

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:30.

“Zirə” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

21 aprel

“Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 16:30.

“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mərdəkan. “Dalğa Arena” 19:00.