Premyer Liqa: “Turan” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Turan Tovuz”la “Zirə” arasında təşkil ediləcək. Tovuz şəhər stadionunda təşkil ediləcək oyuna saat 17:30-da start veriləcək. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Son çempion “Sabah” isə bu gün “İmişli”ni qəbul edəcək. “Masazır Arena”da keçiriləcək oyunun start fiti saat 19:45-də səslənəcək. Oyunu Kamal Umudlu idarə edəcək.

Premyer Liqa
6-cı tur

18 sentyabr

“Qəbələ” – “Neftçi” 0:3
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:30.

“Qarabağ” – “Şəfa” 1:0
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:45.

19 sentyabr

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı.
VAR: Əli Əliyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:30.

“Sabah” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Masazır Arena”, 19:45.

20 sentyabr

“Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 16:30.

“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: