Premyer Liqa: “Turan”dan “Sumqayıt” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 4-cü turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Burada “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib. Tovuz şəhər stadionunda təşkil edilmiş qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olub.

Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Premyer Liqa
4-cü tur

6 sentyabr

“Turan Tovuz” – “Sumqayıt” 2:1
Qollar: Joarlem Santos, 20. Xorxe Silva, 60 – Ronaldo Vaskes, 9.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
Tovuz şəhər stadionu, 18:00.

Turan Tovuz: 35. Aleksey Kenyaykin, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 90. Jo Batista, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 33. Filip Damyanoviç, 8. David Tavares, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 5. Roderik Miller, 21. Stiv Beusnar, 23. Alexandro Serrano, 77. İbrahima Vadji, 25. Denis Marandiç.
Baş məşqçi: Kurban Berdıyev.

Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi (k), 7. Rüstəm Əhmədzadə, 17. Nihad Əhmədzadə, 4. İsa Suliman, 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 55. Lukas Blek, 21. Tyaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 12. Aftandil Arixov, 34. Ülvi Abbaslı, 29. Emil Mustafayev, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 9. Jeam Oliveyra, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Filipe Kandido.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: