Premyer Liqa: “Zirə” 11 oyundur uduzmadığı “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 6-cı turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyunu Kamranbəy Rəhimov idarə edəcək.

“Zirə” cari mövsümə ardıcıl 4 qələbə ilə başlasa da, bu gün başa çatacaq fasilə ərəfəsində səfərdə “Qəbələ”yə məğlub olmuşdu. Buna baxmayaraq, Rəşad Sadıqovun komandası hazırda 12 xalla vahid liderdir. Bir oyunu təxirə salınmış “Sumqayıt” isə 4 oyuna 7 xal toplayıb və 4-cü sıradadır.

“Zirə” ilə “Sumqayıt” indiyə qədər 31 oyunda üz-üzə gəliblər ki, bu görüşlərdə qəsəbə təmsilçisi 17 qələbə qazanıb. 8 oyun heç-heçə bitdiyi halda Sumqayıt təmsilçisi 6 dəfə 3 xala sevinib. “Sumqayıt” 11 oyundur bu rəqibinə qalib gələ bilmir. “Zirə” son üç matçda qələbə qazanıb.

Premyer Liqa
1-ci tur
15 sentyabr

“Zirə” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

16 sentyabr

“Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Dalğa Arena”, 18:00.

17 sentyabr

“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu, 16:30.

“Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: