Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Qarabağ”la “Zirə” arasında baş tutub.
Ötən mövsümün qalibi olmuş Ağdam klubu bu rəqibini doğma meydanda qəbul edib. Lakin “Azərsun Arena”da keçirilən oyun Qurban Qurbanovun yetirmələri üçün uğursuz alınıb. Rəşad Sadıqovun çalışdırdığı “Zirə” bu oyundan qələbə ilə ayrılıb.
Qeyd edək ki, bu, “Zirə”nin Azərbaycan çempionatında “Qarabağ” üzərində ilk qələbəsidir. Tərəflər bu günə qədər 31 oyunda üz-üzə gəlmişdilər ki, “Zirə” həmin oyunların heç birində qələbə qazana bilməmişdi. Əvvəlki oyunlarda 20 qələbəsi olan “Qarabağ” 11 dəfə də heç-heçəyə razılaşmışdı.
Xatırladaq ki, mövsümün ötən gün baş tutan açılış oyununda debütant “Araz-Naxçıvan” “Dalğa Arena”da “Turan Tovuz”a 0:3 hesabıyla uduzmuşdu. Bu gün keçirilmiş ilk oyunda isə “Səbail” “Sumqayıt”la ev oyunundan 1:4 hesablı məğlubiyyətlə ayrılmışdı.
İlk turun qalan oyunları sabah keçiriləcək. “Kəpəz” “Neftçi”ni, “Sabah” “Qəbələ”ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust
“Qarabağ” – “Zirə” 0:1
Qol: Dmitrios Çantakias, 49.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Bakı. “Azersun Arena”. Saat 21:00.
Qarabağ: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.


