Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması paytaxt klubları arasında baş tutub.
“Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Qarşılaşma “ağ-qaralar”ın qələbəsiylə yekunlaşıb. Yeganə qolu qonaqların qapısından Rəhman Hacıyev keçirib. Nəticədə mövsümə çox uğurlu başlamış “Zirə” cari mövsümdəki 3-cü məğlubiyyətinə üzülüb. Amma Rəşad Sadıqovun çalışdırdığı komanda 2-ci pillədə qalıb. “Neftçi” isə bu mövsüm 6-cı qələbəsini qazanmaqla xal ehtiyatını 22-yə çatdırıb və 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) oyunlarında qalib müəyyənləşməmişdi. “Sabah” isə bu gün səfərdə “Kəpəz”ə qalib gəlib – 2:0. Tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Premyer Liqa
15-ci tur
3 dekabr
“Neftçi” – “Zirə” 1:0
Qol: Rəhman Hacıyev, 60.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov
“Neftçi Arena”, 17:00
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber.
Baş məşqçi: Adrian Mutu.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 28. Abbas İbrahim.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Akka, 23. Andriya Lukoviç, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.


